Daha bir qazimiz ÖZÜNÜ ÖLDÜRDÜ

Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990-cı təvəllüdlü Fərman Həsənov yaşadığı evdə özünü asıb.

Bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb. O bildirib ki, onun həyat yoldaşı bir müddətdir xəstəxanada yatır.

"İntihardan öncəki məktubunda, "Oğlum və qızım, sizi çox sevirəm. Məni bağışlayın" sözlərini yazıb. Onun Vətən müharibəsində könüllü iştirak etdiyi, dekabr ayında tərxis olunduğu bildirilir.

Bundan əlavə bu gün Bakıda 3, Sumqayıtda da 1 intihar hadisəsi olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31