Alimlər bu vitaminin defisiti ilə COVID-19 ağırlaşmaları arasında əlaqə tapıblar

Tədqiqatçılar koronavirusun ağır forması ilə A vitamininin çatışmazlığı arasında əlaqə aşkar ediblər.

Türkiyənin Ankara Universitetindən olan mütəxəssislər sağlam insanların və reanimasiyada yatan COVID-19 xəstələrinin qan nümunələrini tədqiq ediblər. Belə nəticəyə gəliblər ki, koronavirus xəstələrində hətta dərman formasında A vitamini qəbul etdikləri halda belə retinol konsentrasiyasının həcmi çox aşağı olub.

Mütəxəssislər hesab edirlər ki, A vitamini COVID-19 ilə mübarizədə vacib rol oynayır, bu vitamin virusəleyhinə zülal molekullarında interferonların sintezi üçün orqanizmə lazımdır."İki sahil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31