Tovuzda ağır qəza - 1 ölü, 3 yaralı

Fevralın 21-də saat 12 radələrində Tovuz şəhərində ağır yol qəzası baş verib.

Olaylar.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şəhər ərazisində Aşağı Quşçu kənd sakinləri A.Səmədovun və M.Məmmədovun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilib, M.Məmmədov orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31