Ermənilərin informasiya təxribatı davam edir

"Mütəmadi olaraq ermənələr rus dilli saytlarda qıcıq yaratmaq məqsədilə saxta və təxribat xarakterli informasiyalar yaymaqla məşğul olurlar. Təəssüf  doğuran odur ki, Azərbaycan jurnalistləri bəzən həmin saxta, qıcıq döğuran məlumatları tirajlayırlar". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki,  əslində  ermənilərin  belə təxribat xarakterli əməllərinin arxasında gizli məqsədləri var: "Azərbaycanın parlaq qələbəsinə kölgə salmaq, regionda başlayan strateji layihələri əngəlləmək məqsədilə gündəmi qıcıq döğuran məlumatlarla zəbt etmək onların hədəflərindədir. Əgər diqqət yetirsək görərik ki, ermənilərin yazdıqlarının 80-90 faizi saxtadır. Onu da unutmaq olmaz ki,  ermənilər hər zaman təxribat törətmək məqsədilə müxtəlif məkanlara, o cümlədən azərbaycanlıların oxuduğu rus dilli mediaya sızmağı bacarırlar. Bu məqamları nəzərə alaraq ayıq olmaq lazımdır. Digər bir vacib məqam ondan ibarətdir ki, nə qədər ki, Xankəndində  və ətraf ərazilərdə silahlı erməni varsa təxribat gözləniləndir. Artıq müharibə bitib və Azərbaycan ərazisində olan bütün silahlıların tərk-silah olunması Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin əsas hədəfi olmalıdır. Silahı təhvil verməyən ermənilər isə Azərbaycan qanunları qarşısında cavab verməlidir. Sülhyaratma missiyası yerinə yetirən  Rusiya tərəfi bu məsələ də dürüst mövqeydə olmalıdır. Necəki vaxtılə Çeçenstanda öz ərazisində Rusiya qanunlarına tabe olmayanları zərərsizləşdirdi. Bu gün də Azərbaycanın tam hüququdur ki, qanunlara tabe olmayanları zərərsizləşdirsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31