Fəhlə hündürlükdən yıxılıb ölüb

"Sədərək" Ticrət Mərkəzində ölüm hadisəsi baş verib. Ticarət Mərkəzindən verilən məlumata görə, hadisə bazar ərazisində aparılan tikinti işləri zamanı baş verib. Mağazalardan birində baş verən hadisə nəticəsində orada fəhlə işləyən Bakı şəhər sakini Qayim Burcəliyev hündürlükdən yıxılaraq ağır kəllə beyin travması alıb.Yaralı hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31