Ermənilər minalı ərazilərin xəritəsini verməyəcəkləri halda əsirlərin qaytarılması prosesinə ara verməliyik
22 Fevral 2021 13:13 Sosial"Ermənilər dünyaya çar çəkirlər ki, "Azərbaycan əsirlərimizi geri qaytarmır", halbuki qaytarılanların sayı getdikcə artır. Buna baxmayaraq, Ermənistan rəsmiləri xarici həmkarlarıyla danışıqlarda hər dəfə bu məsələni qabardırlar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, qeyd edib ki, biz işğaldan azad olunmuş əraziləri minalardan təmizləməyə çalışırıq, bu işə nə qədər texnika cəlb olunub: "Buna baxmayaraq, minada partlayanların sayı azalmır. Ermənistan minaladığı xəritələri bizə vermir. Halbuki bu xəritələrin varlığını rusiyalı hərbi ekspertlər də təsdiq edirlər. Minaları adətən işğalçı tərəf harda gəldi basdırır ki, qarşı tərəf hücum keçə bilməsin. Bunu anlamayan yoxdur".
Politoloqun sözlərinə görə, ermənilərin xəritələri verməməkdə məqsədi aydındır, fikirləşirlər ki, qoy Azərbaycanın itkiləri artsın: "Bunu biz bilirik, sadəcə bildiyimizi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara da anlatmalıyıq. Ermənistanın xarici işlər naziri "əsirlər" mövsusundan ikiəlli yapşıbsa, bizim də nazir minalanmış ərazilərin xəritəsi məsələnini dünyaya çar çəkməlidir. Xəritələri verməyəcəkləri halda əsirlərin qaytarılması prosesinə ara verməliyik"