Qadına zor tərbiq edən qardaşlar tutulublar

Sumqayıtda qadına qarşı soyğunçuluq edilib. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildiirlib ki, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar. Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31