Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, bildirib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: "Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31