İnsanlar niyə intihar edirlər?
22 Fevral 2021 12:18 Sosialİnsanların, xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, belə hallar da sonda intihara yol aça bilir: "Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacibdir. Çünki, onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31