Bakı Təhsil İdarəsində yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

"OLAYLAR"-a İdarədən bildirilib ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu təyinata qədər T.Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31