Ali məktəblərə "Tədqiqat universiteti" statusu veriləcək - Nazir TƏLƏBLƏRİ AÇIQLADI
20 Fevral 2021 11:35 Sosial"Ali məktəblərə "Tədqiqat universiteti" statusu verilməsi üçün ali təhsil müəssisələri qarşısında müvafiq tələblər qoyulub və hazırda bu istiqamətdə müvafiq işlər görülür".
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, təhsil-elm-istehsal əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı qarşıda duran hədəfərə nail olunmalıdır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31