Azərbaycanda tanınmış idmançının oğlu özünü asdı
20 Fevral 2021 11:25 SosialTovuz rayonunda 2-ci kurs tələbəsi özünü asaraq intihar edib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Əlimərdanlı kəndində baş verib.
Xəqani Ocaqverdiyevin cansız bədəni həyətdən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə Tovuz rayon Prokurorluğu və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. İntiharın səbəbi dəqiqləşdirilir.
İntihar edən şəxs "Turan" Peşəkar Futbol Kulubunun keçmiş üzvü, hazırda klubda məşqçi köməkçisi işləyən Nizami Ocaqverdiyevin oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31