Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayın
19 Fevral 2021 14:41 SosialAzərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
A.Qeybulla hər kəsi peyvənd olunmağa çağırıb:
"Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31