Akademiyada onlayn seminar keçirilib

Fevralın 19-da "Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının mənəvi-psixoloji hazırlığının artırılması yolları" mövzusunda onlayn seminar keçirilib. FHN-dən "Olaylar"a bildirilib ki, tədbirin iştiakçıları əvvəlcə Vətən müharibəsindəki döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Seminarı giriş sözü ilə açan Akademiyanın rəis müavini polkovnik İlham Babaşov Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ilin sentyabrın 27-dən başlanan uğurlu əks-hücum əməliyyatından danışaraq müharibənin böyük zəfərlə başa çatdığını diqqətə çatdırıb. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31