ÜST-dən ŞAD XƏBƏR: Plan qüvvəyə mindi

Ümumdünya Səhiyyə Təşkilatından dünyanı ümidləndirən açıqlama gəlib.

Olaylar.az xəbər verir ki, ÜST-nin Baş katibi Tedros Adhanom Qebreyesus ötən ildən bəri dünya miqyasında koronavirusa yoluxmaların yarıbayarı azaldığını açıqlayıb.

Baş katib bildirib ki, COVID-19 ilə mübarizə üçün ilk Strateji Hazırlıq və Müdaxilə Planı (SPRP) çərçivəsində 1 milyard 700 milyon dollar toplanıb. Bu məbləğin 90 faizdən çoxu ehtiyacı olan ölkələrə paylanıb və pandemiyanın ön cəbhəsində yer alan sahələr maliyyə ilə təmin edilib.

Tətbiq edilməyə başlanan 2021-ci ilin Strateji Hazırlıq və Müdaxilə Planı barədə də danışan Qebreyesus planın 6 əsas hədəfə fokuslandığına diqqət çəkib: "Bunlar yoluxma və təması azaltmaq, yanlış maarifləndirmə və dezinformasiyanın qarşısını almaq, müdafiəsizləri qorumaq, ölüm və xəstəliyi azaltmaq, vaksin, diaqnoz və yeni vasitələrə əlçatanlığı sürətləndirməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31