Daha iki dövlət əmlakı özəlləşdirildi
19 Fevral 2021 12:23 SosialAzərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda iki dövlət əmlakı özəlləşdirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, kiçik dövlət müəssisələri Şirvan şəhərində və Şəki rayonunda yerləşir. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31