Dini Komitə yanında İctimai Şuraya seçkilər keçiriləcək
19 Fevral 2021 11:34 SosialAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb.
Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları 05.03.2021-ci il tarixinədək Dövlət Komitəsinə müraciət edə bilərlər. Sənədlər Dövlət Komitəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Məlumat üçün bildirək ki, təmsilçilərinin (hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə) səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə Komitə yanında İctimai Şuranın Seçki Komissiyasına səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti, təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti və səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsini təqdim etməlidirlər.
DQİDK yanında İctimai Şuraya seçkilər isə mart ayının 15-də saat 11:00-da Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.
--