İsmayıllı sakinindən odlu silah götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun İstisu kənd sakinləri- Elşad və Səyyar Əzizovlar, Akif və Vüsal Süleymanovlar, Fuad Qəribov, Ceyhun Haşımovdan müvafiq sənədləri olmayan, ümumilikdə 6 ədəd "İJ" və "Toz" markalı ov tüfəngləri aşkar edilərək götürülüb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31