4 avtomobili qarət edən şəxs ələ keçib
18 Fevral 2021 16:19 SosialBakının Xəzər rayonunda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən ümumilikdə 650 manat pul və 2 ədəd maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılmışdır. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31