Avtomobili qaçıran şəxs saxlanıb
18 Fevral 2021 16:17 SosialQuba RPŞ-yə fevralın 16-da saat 16 radələrində Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus "VAZ-2107" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. DİN-dən "Olaylar"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilmişdir. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılmışdır. Onun sərxoş halda olması aşkar edilmişdir. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31