Özünü döydü, üstəlik pulunu və telefonunu aldı

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il dekabrın 4-də Kür qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Sadıqovanı döyərək 150 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abbasov saxlanılmışdır. DİN-dən "Olaylar"a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31