Əcnəbilərin Azərbaycanda törətdiyi cinayətlərin sayı AÇIQLANDI

020-ci il ərzində ölkədə 26004 cinayət faktı qeydə alınıb ki, bu da 2019-cu ilin göstəricisindən 2,5 faiz azdır.

Bu barədə Olaylar.az-a  Daxili İşlər Nazirliyindən (DİN) məlıumat verilib.  Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 8 bənd azalaraq 258 olub. Onların 58,7 faizi az ağır, 27,3 faizi böyük ictimai təhlükə törətməyən, 14  faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Cinayətlərin strukturunda 5655 hadisə şəxsiyyət əleyhinə olan, 8702 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 1211 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 311 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 10338 hadisə iqtisadi sahədə, 98-i isə digər cinayətlərdir.

Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərin 90,3 faizini (5105 cinayət hadisəsi) həyat və sağlamlıq əleyhinə olan cinayətlər təşkil edir ki, onların da 2945-i qəsdən sağlamlığa yüngül zərər vurma, 640-ı qəsdən sağlamlığa az ağır zərər vurma, 332-si qəsdən sağlamlığa ağır zərər vurma, 277-si qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 28-i ehtiyatsızlıqdan adam öldürmə, 18-i əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.

Rəsmi məlumata görə, ötən il ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 430 cinayət hadisəsi törədilib ki, bu da 2019-cu ilin göstəricisindən 6,9 faiz azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31