Havanın çirklənməsi sonsuzluğu artırır

Çin və ABŞ-da  iki fərqli araşdırma aparılıb.

Olaylar.az NTV-yə isitinadən xəbər verir ki, Çində  aparılan araşdırmada 18 min cütlükdə hava çirkliliyinin hamiləlik ehtimalını 20 faiz daha  azaltdığı təsbit edilib. Tədqiqatçılar havanın çirklənməsinə səbəb olan hissəciklərin bədəndə iltihab yaratdığını, bunun yumurta və sperma istehsalına zərər verə biləcəyini  qeyd ediblər.

ABŞ-da 600 qadın üzərində aparılan  araşdırmada  isə havanın çirklənməsinin yumurtalıqlarda problem yaratdığı qeyd edilib.

Sonsuzluq dünyadakı milyonlarla cütlüyə təsir etsə də, hava çirkliliyinin təsiri ilə bağlı nisbətən az araşdırma aparılıb. Çirkli havanın hamiləlikdə riskləri- erkən doğuş və aşağı çəkini yarada bilir. 

Hava  çirkliliyi yüksək olan yerlərdə koronavirusdan çox ölüm aktı  qeydə alınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31