Bakının bu rayonuna içməli su fasilə ilə veriləcək

18 fevral 2021-ci il tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 
"OLAYLAR"  xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb. Bildirilib ki, buna səbəb  Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aparılacaq təmir işləridir.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31