Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu bu gün başa çatır.
Olaylara.az xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün fevral ayının 9-dan başlayan bakalavrların magistratura pilləsinə sənəd qəbulu prosesi bu gün 23:59-dək davam edəcək.
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 manat) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir (Ərizələrini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onu doldurduqdan sonra saat 17:00-dək DİM-ə yaxınlaşmalıdırlar).
(http://eservices.dim.gov.az/erizemag/erize)
Qeyd edək ki, magistratura pilləsinə sənəd qəbulu fevral ayının 9-dan başlayb.
Gülər Seymurqızı