Yük və sərnişindaşımada azalma qeydə alınıb

Bu ilin yanvar ayında Azərbaycanda yük daşınması əvvəlki ayla müqayisədə 12,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12 % azdır. Dövlət Statistika Komitəsindən "Olaylar"a bildirilib ki, hesabat dövründə sərnişin daşınması əvvəlki ayla müqayisədə 6,4 %, illik müqayisədə isə 53,8 % azalıb. Yüklərin 51,9 %-i avtomobil, 36,9 %-i boru kəməri, 8,1 %-i dəmir yolu, 2,8 %-i dəniz, 0,3 %-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 99,8 %-i avtomobil, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31