Çap et İtaliyadan "Facebook"a 7 mln. avroluq cərimə

İtaliyanın antimonopoliya tənzimləyicisi "Facebook" sosial şəbəkəsini 7 milyon avro cərimə edib.

"İki sahil" xarici mediaya istinadən bildirir ki, şirkət istifadəçi məlumatlarına münasibətdə yolverilməz hərəkətlərdə günahlandırılır.

Antimonopoliya idarəsi "Facebook-un qeydiyyatdan keçərkən istifadəçiləri yanıltdığını" müəyyən edib. Belə ki, yeni hesabların aktivləşdirilməsi zamanı sosial şəbəkə "istifadəçilərin təqdim etdikləri məlumatların toplanması haqqında dolğun informasiya təqdim etmir"və bu, onların hüquqlarının pozulması anlamına gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31