Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
17 Fevral 2021 15:09 SosialNovxanıda yerləşən 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyeva onun haqqında məlumat yayan valideyn barəsində hüquq mühafizə orqanlarına şikayət edib.
Olaylar.az Unikal.org-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdinin valideyni Quliyeva İlhamə Balağaqızı barəsində Abşeron Rayon Polis İdarəsində araşdırma başlanılıb. Polis əməkdaşları hazırda 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyevadan izahat alır.
Qeyd edək ki, sosial şəbəkələrdə Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə məlumatlar yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31