Yasamalda naməlum kişi meyiti tapılıb

Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkçə və cins şalvar olan naməlum kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi"nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31