Deputat: "Ailəmin bir neçə üzvü vaksinləşmə prosesində iştirak edib”

"Ailəmin bir neçə üzvü artıq vaksinləşmə prosesində iştirak edib, hazırda özlərini tam sağlam və gümrah hiss edirlər. Bu səbəbdən sizlərə də rahat şəkildə vaksindən yararlanmağı tövsiyə edirəm".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili vətəndaşlara, seçicilərinə müraciət edərək bildirib edib ki, özünüzün, yaxınlarınızın və ümum cəmiyyətimizin sağlamlığını qorumaq və əvvəlki həyat tərzimizə ən qısa zamanda qayıtmaq üçün hər birinizi COVİD-19 əleyhinə vaksinləşmə prosesində iştirak etməyə çağırıram:

"Qeyd edim ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndi istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir. Bu kateqoriyalara daxil olmayan digər Azərbaycan vətəndaşlarını sağlamlıqları naminə vaksinləşmə prosesində iştirak etməyə səsləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31