Yük avtomobillərində siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Komitədən "Olaylar"a bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn üç yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8500 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31