Adil Əliyev Vətən müharibəsində iştirak edən idmançıları mükafatlandırdı

Fevralın 17-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Məhəmməd Süleymanov və bir qrup idmançı ilə növbəti görüş keçirilib. "Olaylar" xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş Qələbəsi barədə danışıb. Söhbət  zamanı döyüş və diplomatiya meydanlarında qazanılmış tarixi Zəfərlərimizin idmançılarımız tərəfindən davam etdirilməsinin zəruriliyi qeyd olunub, habelə beynəlxalq yarışlarda iştirak edəcək idmançılarla yanaşı, idman hakimlərinin yetişdirilməsinin, idmanın gənclərin və yeniyetmələrin həyat tərzinə çevrilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizdə idmana və idmançılara daim diqqət və qayğı göstərilməsindən, ölkəmizin dünyada müxtəlif beynəlxalq idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınmasından məmnunluq ifadə edilib. Sonda Vətən müharibəsi qazisi Məhəmməd  Süleymanova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman Komitəsinin Fəxri Fərmanı təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31