Nazirlik yeni dövlət istiqrazı yerləşdirib
17 Fevral 2021 12:00 Sosial16 fevral 2021-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0105005885 ISIN kodlu, tədavül müddəti 728 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Maliyyə Nazirliyindən "Olaylar2a bildirilib ki, AZ0105005885 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 140,8 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 67,5 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,4532 (gəlirlilik 7,8507%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 14 fevral 2023-cü ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31