“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
17 Fevral 2021 11:41 Sosial"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 6-7 mart 2021-ci il tarixlərində "21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
"OLAYLAR" xəbər verir ki, konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin inkişafını təmin etməkdən ibarətdir.
Konfrans 2 gün olmaqla 6-7 mart tarixlərində Zoom proqramı vasitəsilə həyata keçiriləcək.
Konfransda Türkiyə və Rusiyanın tanınmış psixoloq, psixoterapevt və həkimləri bir sıra aktual mövzularda çıxış edəcəklər. İştirakçılar Beynəlxalq Sertifikatla təltif ediləcək.
Konfrans çərçivəsində llinik psixololoq, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva "Travma və yas terapiyası", tibb və Psixologiya elmləri doktoru Marina Borisovna "Ailə psixologiyası", fəlsəfə doktoru, təlimçi və yazar Umut Kısa "Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq" və s. çıxışlar və məruzələr edəcəklər.