Komitə sədri vətəndaş qəbulu keçirib
17 Fevral 2021 10:43 SosialMilli Məclisin Sumqayıt şəhəri 42 saylı ikinci seçki dairəsindən deputation, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili seçicilər üçün qəbul keçirib."Olaylar" xəbər verir ki, deputat seçicilərini YAP Sumqayıt şəhər təşkilatında qəbul edib.Qəbula gələn seçicilərin problemləri dinlənilib. Deputatın qərargahından bildirlib ki, seçiciləri maraqlandıran müxtəlif sosial məsələlərin həlli üçün müvafiq işlərin görüləcəyi qeyd edilib. Qəbul zamanı bir neçə məsələ yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb. Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31