Çində saxta peyvənd hazırlayan fırıldaqçı həbs olundu
16 Fevral 2021 18:01 SosialÇində koronavirus əleyhinə saxta peyvəndlər hazırlayan bir fırıldaqçı həbs olunub.
"İki sahil" xəbər verir ki, BBC-in yaydığı məlumatlara görə məlum olub ki, Kong adlı həmən təşəbbüskar və onun dəstəsi mineral su və fiziolojı məhluldan hazırlanan həmin "peyvəndləri"xarici ölkələrə belə satıblar. Həmin saxta peyvəndlərin tədarükündən təxminən 3 milyon dollar qazanan dəstənin tam olaraq hansı ölkələrə göndərildiyi hələ də bilinmir. Həbs olunan fırıldaqçının sözlərinə görə, 58.000 flakon saxta peyvənd hazırlamadan öncə o, həqiqi COVID-19 peyvəndinin qablaşdırma üsulunu dəqiqlili ilə araşdırıb.
Bu işlə bağlı qaranlıq məqamların çox olduğuna görə istintaq hələ də davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31