Fevral ayının pensiya ödənişləri başa çatdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb. "Olaylar" xəbər verir ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi də həyata keçirilib.Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31