Oqtay Şirəliyevə peyvəndin ikinci dozası da vuruldu

Ötən gün səhiyyə naziri Oqtay Şirəliyev "COVID-19" əleyhinə yenidən peyvənd olunub. Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirə 28 gündən sonra "CoronaVac" vaksininin ikinci dozası vurulub. Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda "COVID-19" virusuna qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər peyvəndlənir. Sabahdan isə yaşı 50 və daha yuxarı olan şəxslər peyvəndlənmə üçün müraciət edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31