Jurnalistlər üçün tikilən bina ilə bağlı açıqlama: Jurnalistlərə məlumat verəcəyik
16 Fevral 2021 12:06 Sosial"Jurnalistlər üçün inşa olunan üçüncü bina ilə bağlı hər hansı bir yekun qərar və ya kriteriyalar yoxdur".
Olaylar.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN" verilişində "Jurnalistlərin binasında mənzillər nə vaxt veriləcək?" sualını cavablandırarkən deyib.
"Bununla bağlı yeni məlumat olduğu təqdirdə cəmiyyətə və jurnalistlərə məlumat verəcəyik",- o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31