Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Gürcüstan KİV-lərində geniş işıqlandırılıb
16 Fevral 2021 11:31 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
Olaylar.az AzərTac-a xəbər verir ki, "marneulifm.ge", "24news.ge", "aktual.ge", "report.ge", "interpress.ge" informasiya portalları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri barədə silsilə materiallar yayıblar.
Portallar, həmçinin Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın həmin ərazilərə səfəri barədə video görüntülərlə yanaşı çoxlu sayda fotolar təqdim ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, yaradılan infrastruktur layihələri, həmçinin işğaldan zad olunmuş ərazilərdə görüləcək işlər barədə fikirlər çatdırılıb.
Materiallar oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində təqdim olunub.