Özünə evdə toy etdi- 12 nəfəri də işə saldı
16 Fevral 2021 11:16 SosialCəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər sakini C.Quliyevin karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar. Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31