“Space“in yeni rəhbəri Mətanətin verilişini bağladı
16 Fevral 2021 11:11 Sosial"Space" TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişini bağlayıb.Yenisabah.az xəbər verir ki, onun aparıcılığını etdiyi "Hər səhər Mətanətlə" proqramı artıq iki gündür yayımlanmır. İddialara görə kanalın rəhbəri verilişin yayımını dayandırıb. Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir "Space" TV-də çalışır. Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl "Space" TV-nin rəhbəri vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31