İngiltərədə koronavirusun daha bir mutant növü aşkarlandı

İngiltərədə koronavirusun başqa bir mutant növü aşkarlanıb.

Olaylar.az xəbər verir ki, Edinburq Universitetinin mütəxəssisləri yeni ştammı "B1525" adlandırıb.

"Guardian"ın xəbərinə görə, yeni mutasiya artıq Danimarka, Böyük Britaniya, Nigeriya, ABŞ, Fransa, Qana, Avstraliya, Kanada, İordaniya və İspaniyada yayılıb.

Tapıntı ilə bağlı digər təfərrüatlar hələ bilinmir.

Əvvəllər elm adamları patogenin orijinal formasından daha təhlükəli və 30-70% daha ölümcül olduğu ortaya çıxan Britaniya ştammı "B.1.1.7" növünü aşkarlamışdı. Bununla virusun insandan insana yoluxmasının 35-45% daha asan olduğu təsdiqlənmişdi. Ştamma ən azı 82 ölkədə rast gəlinib.

Xatırladaq ki, dekabrın əvvəlindən bəri İngiltərə, Cənubi Afrika və Braziliyada SARS-CoV-2-nin yeni mutasiya edilmiş ştamları ortaya çıxıb. publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31