Hüseyn Həsənovun maşınından 1 milyonluq oğurluq edildi - VİDEO
16 Fevral 2021 10:21 SosialTanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun maşınından oğurluq edilib. BAKU.WS xəbər verir ki, bu barədə bloger şəxsi "Instagram" səhifəsində bildirib. Həsənovun sözlərinə görə, o Moskvanın mərkəzində restoranlardan birinin yaxınlığında maşınını saxlayıb və görüşə gedib.
Geri qayıdanda bloger avtomobilinin şüşələrinin sındırıldığını görüb. Məlum olub ki, onun maşınından çantasını, noutbukunu, pulunu və sənədlərini oğurlayıblar. Oğurlanan əşyaların ümumi qiyməti 1 milyon rubl (23 min AZN) qiymətləndirilir.
Hüseyn Həsənov oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31