Bakıda "Qış bulvarı"nda intihara cəhd - gənc oğlan özünü doğradı
16 Fevral 2021 10:21 SosialBakının Nəsimi rayonunda 26 yaşlı gənc intihara cəhd edib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, hadisə "Qış bulvarı" kimi tanınan parkda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Fərəcov Tofiq Vahid oğlu küt alətlə üz və boyun nahiyələrinə xəsarətlər yetirib.
Yaralı polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona başın ənsə nahiyəsinin və boyunun kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31