Ölkəmizin internet statistikası haqqında bunları bilirdinizmi?

"We Are Social" agentliyi və "Hootsuite" platforması Azərbaycanın 2021-ci ilə rəqəmsal statistikalarını açıqlayıb.   Qeyd edək ki,  həmin tədqiqatda maraqlı  rəqəmlər yer alıb.

"İki sahil" xəbər verir ki, bu barədə  texno-bloger Fərid Pərdəşünas paylaşım edib. 

Belə ki,  Azərbaycanda internet istifadəçilərinin sayı 8.26 milyondur. Bu isə əhalinin 81.1%-dir. Aktiv sosial media itifadəçiləri 4.30 milyondur. Bu isə o deməkdir ki, təqribəb 4 milyon istifadəçi sadəcə saytlardan istifadə edir, sosial şəbəkələrə hələ ki, qoşulmayıb.

Hesabatda yer alan digər  göstəriciləri də təqdim edirik:

- Mobil internetin orta sürəti:  31.44 MBPS (download)

-İnternet istifadəçilərinin 61.2%-i internetə mobil cihazdan qoşulur.

-İnsanların 77.7%-i "Chrome" brauzerini seçir.

- Ən çox daxil olunan sayt isə Google və Youtube-dur.

- Ən çox istifadə olunan sosial şəbəkə 3.50 milyon ilə "Instagram" və  1.6 milyon istifadəçi ilə "Facebook" dur.

- Linkedin istifadəçilərinin sayı isə 460.000 təşkil edir.

-İnternet istifadəçilərinin cəmi 14%-i iOS cihazlarından internetə qoşulur. Bu isə ötən il ilə müqayisədə 21% artım deməkdir. Deməli Apple Azərbaycanda bazar payını böyüdüb.

-İnternet istifadəçilərinin cəmi 9.4%-i internetdə onlayn ödənişlərdən istifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31