"Nissan" Apple şirkətinin təklifini rədd etdi

"Apple" öz markası altında elektrikli avtomobil istehsal etmək üçün "Nissan" şirkəti ilə danışıqlar aparıb.

"İki sahil" xarici mediaya istinadən bildirir ki, lakin bu danışıqlar qısamüddətli olub və heç bir nəticəyə gətirməyib. Belə ki, "Nissan" təkcə avadanlıq təchizatçısı rolunu oynamaq istəməyib.

"Apple" bu məlumatlara şərh bildirməkdən imtina edib. "Nissan"ın əməliyyat direktoru Aşvani Qupta isə heç bir danışıqlar aparmadığını söyləyib. Bununla yanaşı, rəhbər texnologiya şirkətləri ilə əməkdaşlıq üçün açıq olduğunu bildirib. "Biz əməkdaşlıq qura bilərik, lakin onların xidmətlərini bizim avtomobillərə inteqrasiya etmək yolu ilə - əksinə yox", - Qupta əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31