Bakı - Sumqayıt yolunda "Hyundai" hərəkətdə olarkən yandı - VİDEO

Bakı - Sumqayıt yolunda avtomobil yolda hərəkətdə olarkən yanıb.

Olaylar.az xəbər verir ki, hadisə yolun Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib. Xırdalan qəbiristanlığının yaxınlığında hərəkətdə olan 99 KV 110 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobildə qəfil yanğın baş verib. Yanğın qısa müddətdə bütün avtomobili bürüyüb. Hadisə zamanı avtomobildə olan 5 nəfər maşını tərk edə bilsə də yanğının qarşısını ala bilməyiblər.

Nəticədə avtomobil tamamilə yanıb.

(trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31