Musa Qasımlı: “İşğaldan azad olunmuş ərazilərimizdə həyat qayıtmağa başlayır”
15 Fevral 2021 15:07 Sosial"Cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri həmişə böyük əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olur. Füzulidə beynəlxalq hava limanının və Şuşaya aparacaq yolun təməlinin qoyulması... Yol - mədəniyyətdir!" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözləırinə görə, bu dəfəki səfərdə isə diqqəti ən çox cəlb edən Laçında dövlət bayrağımızın ucaldılması və Güləbrid SES-in açılışı oldu. SES-in istifadəyə verilməsi aydınlıq, işıq, enerji və istilik deməkdir: "Deməli, işğaldan azad edilmiş ərazilərimizə mədəniyyətimiz, aydınlıq, işıq, enerji və istilik, bütövlükdə qaynar həyat qayıtmağa başlayır. Unutmayaq ki, müharibənin başa çatmasından 3 ay keçir. Bunlar dövlətimizin gücünü göstərən çoxsaylı amillərdən biri olmaqla, dirçəlişlə bağlı konkret strategiyasının mövcudluğunu sübut edir".