Kartof əkinlərinin güzəştli sığortası başladı

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb. Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır. Aqrar Sığorta Fondundan "Olaylar"a verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə kartof əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və sair ərazilərdə əkilir və fermerlərə böyük fayda gətirir. Kartof sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün kartofun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, kartofun bir hektarı üçün məhsuldarlıq norması 9-900 sentner arasında, qiymət isə 40-100 manat/sentner arasında müəyyən edilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31